top of page

Britaniya Ukraynaya uran mərmilərini tədarük edəcək


Böyük Britaniya hakimiyyəti Ukraynaya tərkibində tükənmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.

Bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini baronessa Annabel Qoldinin parlamentin Lordlar Palatasının üzvü Raymond Colliffin sualına verdiyi yazılı cavabda deyilir.

"Ukraynanı "Challenger 2" əsas döyüş tankları ilə verməklə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla döyüş sursatları tədarük edəcəyik. Belə mərmilər müasir tanklara və zirehli maşınlara qarşı yüksək effektivliyə malikdir", - Qoldi bildirib.

Comments


bottom of page