top of page

Britaniya Parlamenti SEPAH-ın terrorçu təşkilat elan olunmasına dair qətnamə qəbul edib


Böyük Britaniya Parlamentinin İcmalar Palatası İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) fəaliyyətinin qadağan edilməsinə və terrorçu təşkilat elan olunmasına dair qətnamə qəbul edib.

Mugantv xəbər verir ki, məlumatı "İran İnternational" yayıb.

Bildirilib ki, Avropa Parlamentinin 100-dən çox deputatı SEPAH-ın terrorçu təşkilatlar siyahısına daxil edilməsi tələbini irəli sürüb.

Xatırladaq ki, daha əvvəl ABŞ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib.

Hər il Almaniya Prezidenti isə ölkədəki xarici ölkə səfirlərinə ziyafət verir. Amma Prezident Frank Valter-Ştaynmayer 160-dan çox ölkənin səfir və diplomatlarının qatıldığı builki tədbirə Rusiya, Belarus, Suriya, Şimali Koreya və İran səfirlərini dəvət etməyib.

Kommentare


bottom of page