Britaniya kəşfiyyatı: Rusiya Ukrayna hava məkanına tam nəzarət etmir




Böyük Britaniya hərbi kəşfiyyatı Rusiyanın hələ də Ukrayna hava məkanına tam nəzarəti təmin edə bilmədiyini açıqlayıb.


Britaniya kəşfiyyatı Ukrayna Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının Ukraynanın hava məkanının effektli müdafiəsini təmin etdiyini bildirib.


Qeyd edilib ki, Rusiyanın ilk gündən əsas məqsədlərindən biri Ukraynanın hava məkanına tam nəzarəti təmin etmək olsa da, indiyə qədər bunu təmin edə bilməyib. Bu da Rusiya qoşunlarının operativ hərəkətini ləngidir. Britaniya kəşfiyyatı məhz buna görə də Rusiyanın Ukraynaya zərbələrin əhəmiyyəti qismini öz ərazisindən həyata keçirdiyini nəzərə çatdırıb.


Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 19-da Rusiyanın 3 hərbi vertolyotunun vurulduğu barədə məlumat yayıb.

<