top of page

Boliviyada dövlət çevrilişinə cəhddə təqsirli bilinən 10 hərbçi həbs edilib


Boliviya hüquq-mühafizə orqanları ölkədə dövlət çevrilişinə cəhdin təşkilində təqsirli bilinən 10 hərbçini həbs edib.

Muğan tv “El Deber” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo del Karpio bildirib.

“Demokratik yolla seçilmiş hökuməti devirmək üçün çevrilişə cəhd edən 10 hərbçi həbs edilib”, - nəşr onun sözlərindən sitat gətirib.

Comentários


bottom of page