top of page

BNA: "Son 6 ay ərzində 50-yə yaxın marşrut xətti müsabiqəyə çıxarılıb"


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) son 6 ay ərzində 50-yə yaxın marşrut xəttini müsabiqəyə çıxarıb.


Məlumata görə, onların da əksəriyyəti ətraf kənd və qəsəbələri şəhərin əsas cəlbetmə məntəqələri ilə əlaqələndirir.

Qısa vaxtda Nardaran, Lökbatan, Xocəsən, Zığ, Həzi Aslanov, Zabrat və Ramana istiqamətində 6 müntəzəm marşrut xətti ( E1, 44, 57, 130, 163 və 189) yenilənib. Nəticədə bu xətlər üzrə on minlərlə sərnişin müasir və yüksək keyfiyyətli xidmətlə təmin edilib. Davamlı xarakter daşıyan proses nağdsız ödənişin əhatə dairəsinin genişləndirilməsi ilə paralel aparılır.

Comentarios


bottom of page