BMT: Ukraynanı 3,3 milyon nəfər tərk edib



Müharibə başlayndan 3,3 milyon nəfərdən çox ukraynalı ölkəni tərk edib.


Bu məlumat BMT-nin hesabatında yer alır.


Sənəddə göstərilir ki, 6,5 milyon ukraynalı ölkə daxilində köçkünə çevrilib. Son 3 gündə isə 58 mindən çox ukraynalı ölkədən çıxmaq üçün evlərini tərk edib.


“İnsanlar qaçırlar, çünki hava zərbələrindən qorxurlar. Onlara kömək olunur, lakin bu kömək qorxuya son qoymur. Qorxuya yalnız müharibəni bitirməklə son qoymaq mümkündür” – deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.


Qrandi əlavə edib ki, ölkədən çıxanların 90%-i uşaq və qadındır.