top of page

Bloomberg: Ağ Ev Çin istehsalı çiplərə məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır


ABŞ Prezidenti Co Baydenin administrasiyası yarımkeçirici istehsal avadanlıqlarının Çinə ixracı ilə bağlı qaydaların sərtləşdirilməsi planı hazırlayır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ dövlət başçısının administrasiyası bununla bağlı elanın aprel ayında veriləcəyini bildirib. Təşəbbüs Çin sənayesinin öz çiplərini istehsal etməsinin qarşısını almaq üçün təşviq edilir.

Yeni qaydalara əsasən, ixracı üçün xüsusi lisenziyaların alınması tələb olunan malların siyahısında adların sayı (hazırda 17) artırılacaq.

ABŞ həmçinin öz fəaliyyətlərini əsas çip istehsalçıları olan Niderland və Yaponiya ilə əlaqələndirmək niyyətindədir. Eyni zamanda, Tokio və Amsterdam imtina etsə belə, Vaşinqton məhdudiyyətlərə gedəcək.

Comentários


bottom of page