ABŞ-nin dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıb.
Muğan TV xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Tərəflər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üzrə səyləri müzakirə ediblər.
Dövlət katibi bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərini dəstəkləyir.
A.Blinken, həmçinin Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bəyan edib. O, Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini də vurğulayıb.
Röya Ağayeva
Comments