“ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb”.
Muğan tv xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.
Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:
“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.
Comments