Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
top of page

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır


Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım paketlərini elan etməyə hazırlaşır.

Bu barədə Prezident Volodimir Zelenski bildirib.

Söhbət döyüş sursatının, əsgəri təchizatın, tankların və artilleriyanın tədarükündən gedir.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrlik edən Pentaqon rəhbəri Lloyd Ostin "Ramştayn" formatında keçirilən növbəti görüşün yekunlarına əsasən vurğulayıb ki, 51 ölkənin nümayəndələri Rusiya ilə münaqişədə “lazım olduğu müddətcə” Ukraynaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov görüşün nəticələrini şərh edərkən bildirib ki, hava hücumundan müdafiə sistemi gücləndirilməli, döyüş sursatı ilə bağlı müraciətlər təmin edilməlidir.

bottom of page