Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü təyin edilib



Azərbaycanın bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.


Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.


Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:


Abdullayev Kyazım Ənvər oğlu


Balayev Məmmədəli Bəşir oğlu


İmanova Gülbacı Əliəkbər qızı


Qarayev Fərəc Qara oğlu


Novruzova Nubar Qulu qızı


Sadıqov Faiq Əbülfəz oğlu


Verdiyev Fikrət Süleyman oğlu.


Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.