Bir barel neftdən nə istehsal etmək olar?


XIX əsrin ikinci yarısında neft hasilatının sürətli inkişafı neftin saxlanması və daşınması üçün qabların kəskin çatışmazlığına səbəb olmuşdu. Neftin qiymətini bir çəlləyə görə təyin etmək əlverişli olduğundan, müxtəlif ölçülü qablardan istifadə alıcılarda böyük narahatlıq yaradırdı. 1866-cı ildə Amerikanın müstəqil neft sənayeçiləri bir araya gələrək, neftin istehlakçılara çatdırılması üçün standart qablardan istifadə məsələsini müzakirə etdilər. Qərara alındı ki, bir barel neft - 159 litr neft deməkdir. Bəs bir barel neftdən nə istehsal etmək olar?

MUĞAN TV AZƏRTACa istinadla xəbər verir ki, emal prosesi zamanı neftin 4 litri itkiyə gedir. Bir barel neftdən 16 litr benzin, 32 litr dizel yanacağı, 24 litr təyyarə yanacağı, 1 litr motor yağı, 1,5 kiloqram kömür, 12 balon propan, 170 ad günü şamı, 27 rəngli karandaş, 540 diş fırçası, 750 cib darağı, 39 polyester köynək, 23 gimnastika halqası, 135 rezin top, 11 telefon korpusu və sair almaq mümkündür. Neftin “qara qızıl” adlandırılması əbəs yerə deyil. Neft həqiqətən də sənaye bolluğu mənbəyidir.