Bir çox ölkələr hazırda qapanmalara gedirlər - Şahmar Mövsümov


Bir çox ölkələr hazırda qapanmalara gedirlər.


Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


Onun sözlərinə görə, qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin:


"Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu, gözlənilən idi".