top of page

“Bild”: “Sanksiyalara baxmayaraq, Rusiya ötən il Almaniyanın ən böyük kömür tədarükçüsü olub”


Avropa İttifaqının Ukraynaya hərbi təcavüzünə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, 2022-ci ildə Moskva yenə də Almaniyanın ən böyük kömür tədarükçüsü qalıb.


Ötən il Almaniya Rusiyadan 13 milyon ton kömür idxal edib ki, bu da 2021-ci illə müqayisədə 37 % azdır.

Birliyin verilənlərinə görə, ümumilikdə Almaniya 2022-ci ildə 44,4 milyon ton kömür alıb ki, bu da 2021-ci illə müqayisədə 8 % çoxdur. Ən böyük tədarükçü Rusiya olub. Ondan sonra ABŞ gəlir - Almaniya bu ölkədən 9,4 milyon ton idxal edib ki, bu da 2021-ci illə müqayisədə 32 % çoxdur. Üçüncü yerdə Avstraliya (6,3 milyon ton) qərarlaşıb. Cənubi Afrikadan (2021-ci illə müqayisədə 278 % artaraq 3,9 milyon tona) və Kolumbiyadan (210 % artaraq 7,2 milyon tona) tədarüklər xüsusilə güclü artıb.

Comments


bottom of page