top of page

Beton piltələr çökdü: iki neftçi dənizə düşərək öldü


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.


Muğan TV xəbər verir ki, bu barədə “Azneft” məlumat yayıb.


Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Şirvan Ataş oğlu Ağaməmmədov və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Şamo Mətləb oğlu Nərimanov beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.


Röya Ağayeva

Comentários


bottom of page