Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində təşkilatın onuncu üzv ölkəsi elan ediləcək.
Muğan tv Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Vurğulamaq istərdim ki, Rusiya Belarusun ŞƏT-ə daxil olmasına hər cür töhfə verib. Prezident indicə bu haqda danışdı. Artıq iyulda təşkilatın Astanada keçiriləcək sammitində üzvlük üçün bütün lazımi prosedurların tamamlandığı elan ediləcək və beləcə Belarus ŞƏT-ə üzv olan onuncu ölkə olacaq”, – o deyib.
留言