Beş nəfər erməni hərbçi qarşı tərəfə qaytarılıb


Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan Respublikasının vasitəçiliyi ilə beş nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə MUĞAN TV istinadı, AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmin şəxslər 2021-ci ilin noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan beş nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 1 noyabr 1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18 iyun 1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 8 yanvar 1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16 aprel 1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 4 oktyabr 1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Dövlət Komissiyasından bildirir ki, 2021-ci ilin noyabrın 26-da, dekabrın 4-də və 19-da da Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.