Baydenlə Putin arasında telefon danışığı başlayıb


ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.

MUĞAN TV “Report”a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.