Baydendən şok Rusiya təlimatı: “Hücuma hazırlıq gedir”


Co Bayden administrasiyasının son aylarda ABŞ-ın bir çox saytına kiber hücumlar etdiyi iddia edilən Rusiyaya qarşı kiber əməliyyatlar və iqtisadi sanksiyalarla cavab verməyə hazırlaşdığı iddia edilib.

Muğan tv xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın üç həftə ərzində rus ordusu və kəşfiyyat xidmətlərinə qarşı bir sıra gizli əməliyyatlar da daxil olmaqla ilk böyük addımı atacaq.

Bu addımın bir sıra iqtisadi sanksiyalarla da müşaiyət ediləcəyi, Baydenin federal hökumət şəbəkələrinin kiber hücumlara qarşı gücləndiriləcəyi əmri verəcəyi irəli sürülüb. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivanın Pentaqona göndərdiyi gizli təlimatda kiber təhlükəsizliklə bağlı bəzi təlimatlar verdiyi də iddialar arasındadır.

Kiber Təhlükəsizlik Komandanlığının hazırda bəzi variantlar üzərində işlədiyini iddia edən nəşr bu variantların Rusiya və Çinə qarşı kiber əməliyyatları əhatə edəcəyini bildirib.