top of page

"Barselona"da çıxış edən hücumçu Niderland klubuna keçib



Ötən mövsüm icarə əsasında İspaniya "Barselona"sında çıxış edən "Sevilya"nın futbolçusu Lük de Yonqun yeni klubu bəlli olub.

32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.


Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.


Qeyd edək ki, Lük de Yonq 2014 - 2019-cu illərdə də PSV-nin formasını geyinib.

Comments


bottom of page