top of page

Bank kartları ilə bağlı cinayət hallarının artmasının səbəbi açıqlanıb

Baş Prokurorluğun idarə rəisi Natiq Abdullayev bank kartları ilə bağlı cinayət hallarında artım olduğunu bildirib.


Muğan TV-nin məlumatına görə, o, bunun əsas səbəblərindən birini vətəndaşların plastik kartlardan istifadə ilə bağlı yetərli məlumatlarının olmamasını göstərib.


N.Abdullayev deyib ki, vətəndaş bilmədən könüllü olaraq məlumatlarını dələduzlara ötürür: "Bununla bağlı marrifləndirmə işləri aparılır. Vətəndaş belə dələduzluq halı ilə rastlaşırsa, kart məlumatlarını dondurmalı və aidiyyəti qurumlara müraciət etməlidir. Bu il yaradılan DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində müvafiq işlər görülür”.


Röya Ağayeva

bottom of page