top of page

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb


Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb.


Bu barədə Muğan TV yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.


Bildirilib ki, bu gün saat 12 radələrində rayonun Tülü kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.


Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.


Faktla bağlı araşdırma aparılır.


Röya Ağayeva

Comments


bottom of page