Bakıda 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək
top of page

Bakıda 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək



Oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("Baku Build-2021") keçiriləcək.


Muğan TV xəbər verir ki, sərgi ilə eyni vaxtda "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" mövzusunda ilk Azərbaycan Beynəlxalq Sərgisi ("Rebuild Karabakh") baş tutacaq.


Sərgiləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirçəliş Fondu dəstəkləyir.


"Baku Build-2021" sərgisinə “Tikinti materialları”, “Dam örtükləri və izolyasiya”, “İnteryer, bəzək materialları və dizayn”, “Boyalar, laklar və örtüklər”, “Landşaft arxitekturası və dizayn”, “Fasadlar, pəncərələr və qapılar”, “İnşaat avadanlıqları və texnologiyaları”, “Metal prokat”, “İşıq və elektrotexniki məhsullar” və digər tematik bölmələr daxildir.


"Rebuild Karabakh" sərgisinin əsas bölmələri arasında isə “Banklar və investisiyalar”, “Təhlükəsizlik”, “Mədən sənayesi”, “Səhiyyə”, “Informasiya texnologiyaları”, “Təhsil”, “Qida sənayesi”, “Kənd təsərrüfatı", “Yolların tikintisi və infrastrukturu”, “Nəqliyyat, turizm və mədəni irs”, “Energetika və ekologiya” kimi sahələr yer alıb.

bottom of page