Bakı avtobuslarında gediş haqqı bank kartı ilə ödəniləcək
top of page

Bakı avtobuslarında gediş haqqı bank kartı ilə ödəniləcək



Bakıda yaxın vaxtlarda avtobuslarda gediş haqqını NFC texnologiyası (kontaktsız ödəniş), QR kodu və ya bank kartı ilə ödəmək mümkün olacaq.


Muğan TV xəbər verir ki,bu barədə informasiyanı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev yayıb.

Onun sözlərinə görə, BakıKart səyahət kartlarının satışı dayandırılacaq:


“Sərnişinlərə gediş haqqını ödəmək üçün yeni üsullar təklif olunacaq. Əvvəlki səyahət kartları olmayacaq, çünki ödənişlər onlayn həyata keçiriləcək. Yaxın gələcəkdə səyahət haqqını NFC, QR-kod və ya bank kartı ilə ödəmək mümkün olacaq və bununla da hazırda istifadədə olan səyahət kartlarına ehtiyac aradan qalxacaq”.

bottom of page