Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə ölüm hadisəsi baş verib.
Muğan TV xəbər verir ki, Rusiya vətəndaşı, Bakıya turist kimi gəlmiş 44 yaşlı Yuri Kuznetsov “İstanbul Meyhane” restoranı ilə üzbəüz çimərlikdə suda batıb.
Belə ki, o, tanışı Svetlana Borisovna və həmin qadının oğlu ilə birgə çimərlikdə olarkən suda boğulub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ləman Hafizi
Comments