top of page

Bakıda yanğınsöndürən maşın su quyusuna ilişib qaldı - FOTO



Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti avtomobilinin arxa təkərləri çuxura düşüb.


Bu barədə Muğan TV BAKU.WS-ə istinadən xəbər verir.


Bildirilib ki, hadisə Köhnə Günəşli ərazisində qeydə alınıb.


Qurumdan bildirilib ki, görüntü FHN-in yanğından mühafizə qüvvələrinin dünən keçirilmiş taktiki məşğələsi zamanı qeydə alınıb:


“Belə ki, məşğələ keçirilən ərazidəki su hovuzunun üzəri müvafiq normalara uyğun olmayaraq, kustar üsulla bağlandığından hovuzu örtən təbəqə manevr edən yanğınsöndürən avtomobilin ağırlığına dözməyərək çöküb və nəticədə avtomobilin arxa təkərləri hovuza düşüb”.


bottom of page