Bakıda yaşayış binasında yanğın olub


Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 m² sahədə və 1 ədəd televizor yanıb.


Muğan TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə qarsalanıb.


Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.