Bakıda yük avtomobilləri toqquşdu: Xəsarət alan var



Muğan Tv, Oxu.az-a istinadən bildirir ki, Bakıda yol nəqliyyat hadisəsi baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat xidməti məlumat yayıb.


Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.


Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.