top of page

Bakıda vətəndaşa qarşı oğurluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb


Bakıda vətəndaşa qarşı oğurluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.


Bu barədə Muğan TV-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.


Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-nə keçən gecə Cəbrayıl rayon sakini O.Allahverdiyevin içərisində mobil telefonu, cüzdanı, sənəd və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Emin Ağayev müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.



Ləman Hafizi

Comments


bottom of page