Bakıda ustanı elektrik cərəyanı vuraraq öldürüb.
Muğan TV-in məlumatına görə, Oğuz rayonunun Şirvanlı kənd sakini, 1977-ci il təvəllüdlü Vüqar Telman oğlu Qasımzadə Bakıda usta işlədiyi yerdə elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerində ölüb.
Məlumata görə, 46 yaşlı V.Qasımzadə bir müddət idi ki, paytaxtda usta işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
Коментарі