
Bakıda Ukrayna vətəndaşı bıçaqlanıb.
Muğan TV-in xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, naməlum şəxslər Ukrayna vətəndaşı, Binə qəsəbəsində yaşayan Əlizadə Vidadi Səfər oğluna bədən xəsarətləri yetirib. V.Əlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Comments