top of page

Bakıda tikintisi gedən metro stansiyasının açılacağı tarix AÇIQLANDI


Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də tamamlanmayıb.


Muğan TV xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildiriblər ki, Bakı Metropoliteninin II mövcud (Yaşıl) xəttinin davamı olaraq artıq tikintisinə başlanılmış “Həzi Aslanov-2” stansiyasında inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin Baş Planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub.


Qeyd edək ki, “Həzi Aslanov-2” stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır. Bu stansiyanın “Həzi Aslanov” stansiyasına (qırmızı xətt) birbaşa keçidi nəzərdə tutulur. Bu stansiyadan tunelin “Şah İsmayıl Xətai” stansiyasına qədər uzadılması planlaşdırılır.


Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. Hazırda tikintisi gedən və şərti adı “B-4” olan stansiyanın isə 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb.

Comentários


bottom of page