top of page

Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub


Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.


Muğan TV report-a istinadən xəbər verir ki, məlumatı açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.


O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.


"Onların əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır", - o vurğulayıb.


Röya Ağayeva

Comments


bottom of page