![](https://static.wixstatic.com/media/4c77fe_01d6b93bb091435a8268645e8e1a86bd~mv2.png/v1/fill/w_85,h_53,al_c,q_85,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/4c77fe_01d6b93bb091435a8268645e8e1a86bd~mv2.png)
Bakıda sürücüyə qarşı quldurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.