top of page

Bakıda restoranda yanğın olub


Bakı şəhəri Səbail rayonununda yerləşən restoranda yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən Muğan TV-yə verilən məlumata görə, rayonun Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.


Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comentarios


bottom of page