top of page

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək


“Tezliklə Bakıda qapalı buz meydançasının istifadəyə verilməsi nəzərdə tutulub”

Bunu müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov qış idman növlərinin inkişafı ilə bağlı danışarkən deyib.

Nazir bildirib ki, həm Qusar, həm Qəbələ, həm də Naxçıvanda komplekslər var: “Doğrudur, bunlar daha çox əyləncə, turizm üçün nəzərdə tutulub, amma biz federasiya ilə danışmışıq, artıq ilkin addımlar atılıb. Orda təlim-məşq toplanışları üçün şərait yaradılacaq”.

Fərid Qayıbov bildirib ki, cəlb olunan legioner idmançılar şərait olmadığı üçün əsasən xaricdə məşq edirlər: “Həm nazir, həm də vətəndaş kimi istərdim ki, bu növlər bizdə də inkişaf etsin. Yeni ilin ilk aylarında yəqin ki, buz meydançası tam hazır olacaq və açılışı ediləcək. Qapalı buz meydançası olacaq”.

bottom of page