top of page

Bakıda qanunsuz tikililər sökülüb


Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.


Bu barədə Muğan TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.



Röya Ağayeva

bottom of page