Bakıda qadına qarşı İYRƏNC CİNAYƏT


Bakıda qadına qarşı soyğunçuluq edilib.

Muğan tv Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Mərdəkan qəsəbə sakini M.Bayramova martın 6-da qəsəbə ərazisində bir nəfərin ona zor tətbiq edib içərisində 50 manat pul, mobil telefon və sənəd olan çantasını aldığını bildirb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.