top of page

Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdirib, xəsarət alan var


Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.


Muğan TV nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.


Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.


Röya Ağayeva

Comments


bottom of page