Bakıda poliklinikanın şüşəsi sındırıldı - AÇIQLAMA



Səhiyyə Nazirliyi poliklinikanın şüşəsini sındıran şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə axşam saat 18:40 radələrində baş verib.


"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət edilib", - deyə məlumatda qeyd olunub.