
Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 174,5 manat olub.
Bu barədə Muğan TV-yə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq, 916,8 manata çatıb.
Röya Ağayeva
Comments