top of page

Bakıda metroda dava düşüb - Saxlanılanlar var


Muğan TV xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, iyulun 5-də metronun “Əhmədli” stansiyasında polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:


“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər

saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

bottom of page