top of page

Bakıda mazut qalıqları yanır


Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Comments


bottom of page