Bakıda marşrut avtobusu polis idarəsinin hasarına çırpıldı - RƏSMİ AÇIQLAMA



Bakının Sabunçu rayonu ərazisində 198 saylı marşrut avtobusu qəza törədib.


Muğan TV xəbər verir ki, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Sabunçu rayon Yol Polisi İdarəsinin hasarına çırpılıb.


Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonu ərazisində qəza törədən 198 saylı marşrut avtobusu ilə bağlı məlumat yayıb.


Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza törədən “AzLand Plaza” MMC nin müvəqqəti istismarında olan marşurut xəttidir:


“Hadisə barədə Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırılma aparılır. Qəza zamanı sərnişinlər arasında xəsarət alan olmayıb”.