top of page

Bakıda mağazada qadını qarət etdilər



Bakıda mağazada qadın qarət olunub.


Daxili İşlər Nazirliyindən Muğan TV-yə verilən xəbərə görə, iyunun 24-də Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birində Abşeron rayon sakini olan bir qadının içərisində 590 manat pul, mobil telefon və bank kartları olan çantası oğurlanıb.


Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini N.Hüseynli müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

bottom of page