top of page

Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən Ramis Əhmədov və Camal Sultanın məhkəməsi başlayır.

Mugantv xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.

Commentaires


bottom of page