top of page

Bakıda məşhur şadlıq evində dava: İki ofisiant saxlanıldı


Bakı şəhər Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava olub.


Muğan TV xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanb.


O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.


İlkin araşdırmalardan sonra hadisəni orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.


Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.



Ləman Hafizi

bottom of page