Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır


Bakının rayonları üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.


Muğan TV bildirir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.


Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.9 faiz, Xətaidə 13.3 faiz, Yasamalda 12.3 faiz, Sabunçuda 10.7 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.9 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.