top of page

Bakıda kütləvi bıçaqlanma olub


Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.


Bu barədə Muğan TV-yə Daxili İşlər Nazirliyindən bildirilib.


Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.



Röya Ağayeva

bottom of page