top of page

Bakıda köməksiz vəziyyətdə qalan 80 yaşlı qadın xilas edilib


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Muğan tv xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını pəncərədən daxil olaraq açıblar. Mənzilə baxış zamanı halsız olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1944-cü il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

Comments


bottom of page